Dünya futbolu
Neqredoya vətənindən rəsmi təklif
Madrid "Atletiko"su Alvaro Neqredo üçün &qu…
Madrid "Atletiko"su Alvaro Neqredo üçün "Mançester Siti"lə danışıqlara start verib. Futbolinfo.az xəbər verir ki, son La Liqa çempionu 28 yaşlı forvard üçün rəsmi olaraq 15 milyon avro təklif göndərib.
Lakin "şəhərlilər" bu miqdarın Neqredonun satın alma məbləğindən iki dəfə aşağı olduğunu bildiriblər.
İspan hücumçunun 3 milyon avro dəyərindəki illik məvacibini ödəmək isə Madrid təmsilçisi üçün problem yaratmayacaq. David Vilya və Dieqo Kostanın komandadan ayrılması "Atletiko"nun işini daha da asanlaşdırır.
Alvaro Neqredo İngiltərədəki ilk mövsümündə oynadığı 46 qarşılaşmada 23 dəfə fərqlənib.