Ölkə futbolu
"İnter"in sabiq forvardı: "Bakıda futbola maraq yoxdu"
Bakı "İnter"inin sabiq hücumçusu İvo Taborski…
Bakı "İnter"inin sabiq hücumçusu İvo Taborski Azərbaycandakı karyerası ilə bağlı fikirlərini açıqlayıb. Futbolinfo.az xəbər verir ki, o, bunları söyləyib:
"Son 1-2 ayda mən ümumiyyətlə oynamırdım. Bəzən sonradan meydana çıxırdım, yarım saat oynayırdım. Komanda 5-4-1 taktikası ilə çıxış edirdi. Meydana isə yeganə hücumçu kimi baş məşqçinin öz oğlu çıxırdı. "İnter"də çoxlu legionerlər çıxış edirdi. Məsələn, 3 ispaniyalı, iki ftansız futbolçuları vardı. Əla futbolçular idilər və onlardan çox şey öyrəndim. Çempionatı ikinci yerdə başa vurduq. Orada yaşayış yaxşıdı, şəhər gözəldi, maliyyə baxımından problem yoxdu. Yeni stadionlar, binalar və sair tikilirdi. Çünki 2015-ci ildə orada Avropa Oyunları keçiriləcək. Məni təəccübləndirən insanların futbola gəlməməsi oldu. Halbuki, oyunlara giriş pulsuz olurdu. Bakıda futbola maraq yox idi. Beş paytaxt klubu olsa da, onların oyunlarına təxminən 500 azarkeş gəlirdi".