Ölkə futbolu
"Qəbələ"nin daha bir sabiq üzvü "Mordoviya"da
"Qəbələ"nin daha bir sabiq futbolçusu Rusiyanın &…
"Qəbələ"nin daha bir sabiq futbolçusu Rusiyanın "Mordoviya" klubuna üz tutub. Futbolinfo.az xəbər verir ki, söhbət Lorentso Ebesiliodan gedir.
Bölgə klubunun sabiq baş məşqçisi Yuri Syominin "Mordoviya"ya keçidindən sonra müdafiəçi İbrahima Niasse onun komandasına getmişdi. Ötən günlərdə onunla 2 illik müqavilə də imzalanmışdı.
Rusiya mətbuatının yeni xəbərinə görə, artıq "Qəbələ"dən ayrılan Ebesilio da "Mordoviya"nın düşərgəsinə gəlib. O, bir müddət baxışda olacaq və özünü yaxşı tərəfdən göstərəcəyi halda klubla müqavilə imzalayacaq.