Dünya futbolu
Zidanı komanda yoldaşı əvəzlədi
Madrid "Real"ının yeni məşqçisinin kimliyi mü…
Madrid "Real"ının yeni məşqçisinin kimliyi müəyyənləşib. Futbolinfo.az xəbər verir ki, Zinəddin Zidanın əvəzedici heyətə baş məşqçi göndərilməsindən sonra əsas komandada boş qalan köməkçi məşqçi postuna da elə sabiq "Real"lı gətirilib.
Söhbət İtaliya millisinin keçmiş üzvü Fabio Kannavarodan gedir. "Marca"nın iddiasına əsasən, 40 yaşlı italiyalı artıq İspaniyaya yolllanmağa hazırlaşır.
Qeyd edək ki, Kannavaro 3 il geydiyi “Real” forması ilə İspaniya çempionu və “Qızıl Top”un sahibi olub.