Ölkə futbolu
"Sumqayıt" "Neftçala" və "Rəvan"la qarşılaşacaq
Premyer Liqanın 2014/2015 mövsümü üçü…
Premyer Liqanın 2014/2015 mövsümü üçün hazırlıqlara start verən "Sumqayıt" Futbol Klubu baş məşqçi Aqil Məmmədovun rəhbərliyi altında gündə 1 dəfə olmaqla məşqlərini davam etdirir. Futbolinfo.az xəbər verir ki, bu həftə ərzində cəmi bir məşqlə kifayətlənən komanda növbəti həftədən hazırlıq prosesini bir qədər də intensivləşdirəcək.
"Sumqayıt" hazırlığın 1-ci mərhələsi çərçivəsində 2 yoxlama oyunu keçirəcək. Komanda iyulun 5-də Sumqayıtda "Neftçala", 12-də isə Bayıl Arenada "Rəvan"la yoxlama matçında üz-üzə gələcək.
"Sumqayıt" hazırlığın 2-ci mərhələsini Türkiyədə keçirəcək. Hazırlıq mərhələsinin proqramı yaxın günlərdə açıqlanacaq. (klub saytı)
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq