Ölkə futbolu
Poladov "Sumqayıt"da qalası oldu (ÖZƏL)
"Simurq"la bu yay yollarını ayıran Ruslan Poladov bir m&u…
"Simurq"la bu yay yollarını ayıran Ruslan Poladov bir müddət öncə "Sumqayıt"la müqavilə imzalamışdı. Lakin onun yenidən Zaqatala klubuna qayıtdığına dair xəbərlər yayılıb.
Məsələni aydınlaşdırmaq üçün "Sumqayıt"ın mətbuat xidmətiylə əlaqə yaratdıq. Məlum oldu ki, Poladovun "Simurq"la müqaviləsinin müddəti iyunun 30-da başa çatacaq. Bu üzdən də "Sumqayıt" onunla ilkin müqavilə imzalayıbmış. Poladov ötən gün Zaqatalaya getsə də, bu, onun "Simurq"la yeni müqavilə bağlamağa hazırlaşması anlamına gəlmir. Ruslan sadəcə, keçmiş klubundan halallıq almağa gedibmiş. Artıq o, "Simurq"la yollarını tam ayırıb. İyulun 1-də isə "Sumqayıt"la rəsmi müqavilə imzalayacaq.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…