Ölkə futbolu
Plan dəyişdi: Pantiç Bakıya gələsi olmadı
Son mövsümdə mükafatçılar sırasına düş…
Son mövsümdə mükafatçılar sırasına düşə bilməyən "Bakı" növbəti çempionatın hazırlıqlarına dünən start verib. Futbolinfo.az xəbər verir ki, komandanın baş məşqçisi Milinko Pantiç ölkəmizə gəlmədiyindən "zolaqlılar"a məşqi onun köməkçiləri keçir.
Paytaxt təmsilçisi Bakıdakı hazırlığı başa vurandan sonra iyulun 1-də təlim-məşq toplanışı üçün Avstriyaya yollanmalıydı.
Ancaq klubunun iyulun 1-də nəzərdə tutduğu səfər təxirə salınıb. Klubun vitse-prezidenti Yaşar Seyidov saytımıza açıqlamasında bunu vizanın alınmasında olan problemlərlə əlaqələndirib. Seyidov Pantiçin hələ də ölkəmizə gəlməməsinə isə belə izah verib:
"Pantiç Bakıya gəlməyəcək. Baş məşqçi təlim-məşq toplanışına birbaşa Avstriyada qoşulacaq. Çünki komanda burada fiziki hazırlıq üzrə 2-3 gün məşq etməliydi. Bundan sonra isə hamı birlikdə Avstriyaya yola düşməlidi. Viza ilə bağlı sənədlərdə çatışmazlıqlar olduğundan ola bilsin ki, planımız dəyişsin. Nəsə dəyişiklik olsa, gərək Pantiç Bakıya gəlsin".
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…