Bizi izləyin

Ölkə futbolu

Onları  “Xəzər Lənkəran” axtarır

Metronun “Nizami” stansiyasının qarşısında bir l&ouml…

blank
Metronun “Nizami” stansiyasının qarşısında bir lövhə asılıb, yolum ordan düşəndə qarşısında dayanıb, ora göz gəzdirirəm.
 
Oxşar lövhələrə bütün polis idarələrində rast gəlmək mümkündü. Üzərinə də iri hərflərlə “onları polis axtarır” yazırlar. Hansısa cinayət əməlini törədib, polisdən gizlənənlərin şəkillərini həmin lövhələrə vururlar ki, görənlər-tanıyanlar polisə məlumat verməklə cinayətkarların tutulmasında asayiş keşikçilərinə yardımçı olsunlar.
 
Hərgah ki, bizim millətin nəyi olmasa da, polislə bu cür əməkdaşlıq edənlərə yaxşı baxmırlar. Kimsə polisə hansısa məlumatı ötürsə, onlarla işbirliyi etsə, həmin adamın adının qarşısına bir “suka” damğası da yapışdırılır. Nə deyək, bu da cəmiyyətimizin xüsusiyyətlərindən biridi. Görünür, elə bu səbəbdəndi ki, axtarışda olanların bəzilərinin şəkilləri elə həmin löhvələrdə saralara-sarala qalır. İctimayyətdən dəstək olmadığından polislərimiz də qaçıb-gizlənən təhlükəli cinayətkarları illərlə tapa bilmirlər. Axtarışda olanların şəkilləri orda saralır, özləri də hardasa adlarını və sənədlərini dəyişdirib, günlərini keçirirlər.
 
Həmin lövhələr “Xəzər Lənkəran”ın başına gələnlərdən sonra yadıma düşdü. Cənub klubunun rəsmiləri mayın sonunda dincəlmək, ağır mövsümün yorğunluğunu canlarından çıxarmaq üçün evlərinə yola saldığı legionerlərindən ikisini tapa bilmir. Klubun mətbuat xidməti vasitəsiylə onların şəkilləri idman saytlarında və qəzetlərdə dərc olunub, lakin Etame Mbillayla Sadio Tounkaranı “gördüm” deyən yoxdu. Belə getsə, afrikalı futbolçular heç Sloveniya toplanışında da “gəmiçilərə” qoşulmayacaqlar. Bunu yaxşı anlayan “Xəzər Lənkəran” rəsmiləri polisə (oxu: FİFA-ya) müraciət etməyə məcburdu. Çox güman ki, yaxın günlərdə Lənkəran Şəhər Polis İdarəsinin binasının qarşısında (oxu: FİFA-nın Cenevrədəki qərərgahı qarşısında) Mbillayla Tounkaranın şəkilləri asılacaq və lövhənin yuxarı tərəfinə “onları “Xəzər Lənkəran” axtarır” yazılacaq.
 
Adamın ağlına min cür fikir gəlir. Gedər-gəlməzə yollanan bu iki futbolçu afrikalı yox, braziliyalı olsaydı, heç narahatçılıq keçirməzdik. Başa düşərdik ki, ərköyün sambaçıların şıltaqlığı tutub, vətənlərindəki mundialı sona qədər izləmək, ölkələrinin yığmasına dəstək vermək, eləcə də Rio çimərliklərinin qumuna uzanıb, daha da qaralmaq fikrinə düşüblər. Di gəl ki, Tounkarayla Mbillanın vətəni Braziliya yox, Afrikadı. Bəlkə, “ağ-yaşıllar”ın düşərgəsində irqçiliyə meyilli adamlar olub, kimsə qaradərili futbolçuların xətrinə dəyib, sonra onların könlünü alan tapılmayıb?! Onlar da küsüb, telefonlarını söndürüblər ki, qoy günahkarlar cəzalansın, səhvlərinə görə üzr istəsinlər, ayağımıza gəlib yalvarsınlar, sonra da biz komandanın toplanışına qatılarıq.
 
Vəziyyət qarışıqdı, gümanlar çox, həqiqəti bilənsə yox. Sanki taleyin istehzasıdı. İndiyə qədər “Xəzər Lənkəran”ın başbilənləri futbolçularının başına min oyun açırdılar. Kimisi mövsümün ortasında klubdan qovulurdu, başqa birisinin son 3-4 aylıq məvacibi verilmirdi, digəri transfer vərəqini almaq üçün aylarla klubun ofisində süründürülürdü. İndi isə çərxi-fələk tərsinə dövran edir. Onsuz da Oğuz Çətinə lazım olmayanlar bir-birinin ardınca yola salınır. İş ondadı ki, Tounkarayla Mbilla ötən mövsüm heyətdə yer alanların arasında az-çox seçilənlər idi. Bunu yaxşı bilən klub rəsmiləri də əl-ayağa düşüb, onların “qaçışını” əngəlləmək arzusundadılar. Ya afrikalılar maddi baxımdan daha sərfəli təklif alıblar, ona görə də “Xəzər Lənkəran”a arxa çeviriblər, ya da həqiqətən də onların başına hansısa xoşagəlməz hadisə gəlib, imkan tapıb, gözü yolda qalanlara xəbər verə bilməyiblər. Təki bu komediyanın sonu hər iki tərəf üçün yaxşı qurtarsın. Öz aramızdı, atalarımız belə yerdə yaxşı deyiblər: “Nə tökərsən aşına, o da çıxar qarşına”.
Reklam

Reklam


blank
Dünya futbolu2024-05-19 02:09

“Alaves”ə bir qol bəs etdi

blank
Dünya futbolu2024-05-19 01:52

“Milan” səfərdə uduzdu

blank
Dünya futbolu2024-05-19 01:33

Bundesliqada mövsümə yekun vuruldu

blank
Dünya futbolu2024-05-19 00:44

Renatlı “Hatayspor”dan “Beşiktaş”la məhsuldar heç-heçə

blank
Digər idman növləri2024-05-18 23:51

“NTD-İndiqo” üçüncü yeri tutdu

blank
Əvəzedicilər2024-05-18 23:25

“Qarabağ”ın əvəzediciləri darmadağına üzüldü

blank
Digər idman növləri2024-05-18 23:00

Azərbaycan yığması məğlub oldu

blank
Digər idman növləri2024-05-18 22:55

Azərbaycan gimnastları Neftçalada nümunəvi çıxışlar ediblər

blank
Digər idman növləri2024-05-18 22:44

Azərbaycan boksçuları beynəlxalq turniri 5 medalla başa vurdular

blank
Ölkə futbolu2024-05-18 22:28

Yüksək Qızlar Liqasında mövsümə yekun vuruldu

blank
Premyer-liqa2024-05-18 21:50

“Bir nəfərin üstünə düşmək düzgün olmaz” – Samir Abasov

blank
Premyer-liqa2024-05-18 21:24

“Hər şey özümüzdən asılıdır” – Renduliç

blank
Premyer-liqa2024-05-18 21:11

“Layiqli qələbə qazandıq” – Bojoviç

blank
Premyer-liqa2024-05-18 21:06

“Mövsüm bizim üçün bitib” – Şahin Diniyev

blank
Premyer-liqa2024-05-18 20:57

“Sabah”dan inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2024-05-18 20:29

“Neftçi”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2024-05-18 20:14

“Kəpəz” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2024-05-18 19:55

Adil Şükürov: “Kişi kimi əllərini sıxıb təbrik etdim” – VİDEO

blank
Premyer-liqa2024-05-18 19:30

Rəşad Sadıqov: “Əcnəbilərin gəlişi bizim hakimlərin də xeyrinə olacaq” – VİDEO

blank
Premyer-liqa2024-05-18 18:58

“Neftçi”, “Zirə” və “Sabah”dan vacib qələbə

blank
Digər idman növləri2024-05-18 18:15

Azərbaycanın yunan-Roma güləşi millisi AÇ-də birinci oldu

blank
Digər idman növləri2024-05-18 18:00

Azərbaycan cüdoçularının DÇ-də rəqibləri müəyyənləşdi

blank
Dünya futbolu2024-05-18 17:40

“Sevilya” baş məşqçisi ilə yolları ayıracaq – RƏSMİ

blank
Dünya futbolu2024-05-18 17:22

“Mançester Siti”nin yarımmüdafiəçisi Premyer Liqanın ən yaxşı futbolçusu seçildi

blank
Dünya futbolu2024-05-18 17:01

İspaniyada mövsümün ən yaxşı gənc futbolçusu adına namizədlər açıqlandı

blank
Digər idman növləri2024-05-18 16:44

“Üçüncü dəfə dünya çempionu olduğum üçün qürur duyuram”

blank
Digər idman növləri2024-05-18 16:23

Peşəkar Çövkən Liqasında 10 komanda mübarizə aparacaq

blank
Digər idman növləri2024-05-18 16:00

Millimizdən Özbəkistanda 3-cü qələbə

blank
Digər idman növləri2024-05-18 15:29

Azərbaycan ilk dəfə xizək alpinizmi üzrə Dünya Kubokuna ev sahibliyi edəcək

blank
Digər idman növləri2024-05-18 15:00

Azərbaycan paraatleti üçüncü dəfə dünya çempionu oldu

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm