Dünya futbolu
Sabiq "Mançester Siti"li Hafiz Məmmədovun klubunda
Azərbaycanlı iş adamı Hafiz Məmmədovun satın aldığı İngilt?…
Azərbaycanlı iş adamı Hafiz Məmmədovun satın aldığı İngiltərənin "Şeffild Uensdey" klubu yeni futbolçu ilə heyətini gücləndirib. Futbolinfo.az klub saytına istinadən xəbər verir ki, "bayquşlar" "Sanderlend"lə yollarını ayıran qapıçı Keyren Uestvudla anlaşıb.
1-ci divizion təmsilçisi 29 yaşlı qolkiperlə 2 illik müqavilə bağlayıb.
Qeyd edək ki, Uestvud 2002-2004-cü illər ərzində İngiltərənin nəhəng klublarından olan "Mançester Siti"də çıxış edib.