Ölkə futbolu
Skolari: "Xahiş edirik, bizi bağışlayın"
Braziliya millisinin baş məşqçisi Luis Felipe Skolari Almani…
Braziliya millisinin baş məşqçisi Luis Felipe Skolari Almaniya qarşısındakı böyükhesablı (1:7) məğlubiyyətlə bağlı fikirlərini açıqlayıb. Futbolinfo.az xəbər verir ki, 65 yaşlı mütəxəsiss dünya çempionatının yarımfinalındakı bu biabırçılığın məsuliyyətini öz boynuna götürüb:
"Bu nəticəyə görə kim məşuliyyət daşıyır? Mən! Bu fəlakətli məğlubiyyəti hamımıza aid etmək olar, amma heyəti quran, taktika verən mənəm. Bu, mənim seçimimdi. Hesabda geriyə düşdükdən sonra toparlana bilmədik. Almanlar belə bu hadisənin necə baş verdiyini izah edə bilməzlər. Amma onların qabiliyyətinə hörmət etməliyik. Braziliya xalqına bunu demək istəyirəm ki, xahiş edirik, bizi bağışlayın. Finala çıxa bilmədiyimiz üçün çox məyusam. İndi 3-cü yer uğrunda mübarizədə qalib gəlmək istəyirik".