Ölkə futbolu
Erməni futbolçu Bakıya gələsi olmadı
Ölkəmizi Avropa Liqasında təmsil edən "İnter" Avro…
Ölkəmizi Avropa Liqasında təmsil edən "İnter" Avropa Liqasının birinci təsnifat mərhələsinin ilk oyununda səfərdə Moldova "Tiraspol"una 3:2 hesabı ilə qalib gələrək sərfəli nəticə əldə etdi. Futbolino.az xəbər verir ki, bu komandalar sabah cavab matçında üz-üzə gələcək.
Moldova təmsilçisi artıq ölkəmizdədi. Onlar bu gün səhər saatlarında paytxatımıza gəliblər. Qonaqlar Bakıda qalacağı müddət ərzində "Astoria" otelində məskunlaşacaq. "İnter"in rəqibi bu gün "Şəfa" stadionunda 21:00-da ilk məşqinə çıxacaq.
Maraq doğuran məsələlərdən biri də "Tiraspol"un heyətində çıxış edən Ermənistan yığmasının üzvü Artyom Xaçaturovun Bakıya gəlib-gəlməməsi idi. Klubdan aldığımız məlumata görə, Xaçaturovun əvvəlcədən Bakıya gələcəyi bildirilsə də, sonradan Ermənistan millisinin üzvünü paytaxtımıza gətirməkdən çəkiniblər.
Qeyd edək ki, matç iyulun 10-da keçiriləcək və saat 21:00-da başlayacaq.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-15 08:00
Hakim kömək etmədi, “Səbail” yenə qələbəsiz qaldı
- Ölkə futbolu2024-04-15 10:17
“Qarabağ” üçün daha iki potensial rəqib
- Ölkə futbolu2024-04-15 10:03
Musanın oynamamasının səbəbi – baş məşqçi açıqladı