Ölkə futbolu
Məğlubiyyət Braziliya xalqını ayağa qaldırdı
DÇ-2014-ə ev sahibliyi edən Braziliyanın yarımfinalında Al…
DÇ-2014-ə ev sahibliyi edən Braziliyanın yarımfinalında Almaniya qarşısında yaşadığı fiasko (1:7) ölkəni bir-birinə vurub. Futbolinfo.az xəbər verir ki, 1:7 hesablı məğlubiyyətdən sonra azarkeşlər üsyan qaldırıb.
San-Paulu və Resife şəhərlərində küçələrə çıxan fanatlar mağazaları talamağa başlayıblar. Tezliklə polis hadisəyə müdaxilə etsə də, üsyana qoşulanların sayı durmadan artdığından əlavə qüvvəyə ehtiyac olub.
San-Pauluda azarkeşlər bələdiyyə avtobuslarını yandırıb, küçələrdə maşın təkərlərinə od vurmaqla Braziliya yığmasına və FİFA-ya etirazlarını bildiriblər.
Daha sonra fanatlar öz aralarında dava etməyə başlayıb. Mağazaları soyanlarla adi vətəndaşlar bir-birinə hücum edib. Nəticədə yeddi oğru həbs olunub.