Ölkə futbolu
"İnter"də Elvin Məmmədov şoku
Ölkəmizi Avropa Liqasında təmsil edən edən "İnter"…
Ölkəmizi Avropa Liqasında təmsil edən edən "İnter" sabah birinci təsnifat mərhələsinin cavab matçına çıxacaq. Futbolinfo.az xəbər verir ki, "bankirlər" Moldova "Tiraspol"u ilə münasibətlərə aydınlıq gətirməlidi.
Bu oyun öncəsi "bankirlər"in heyətində ciddi itki var. Belə ki, ilk matçda qeyda alınan 3:2 hesablı qələbədə böyük rol oynamış Elvin Məmmədov zədələnib. Klubdan aldığımız məlumata görə, məşq zamanı onun ayağı əzilib. Məmmdov sabah meydanda ola bilməsə də, tribunadan komandasına dəstək verəcək. Bundan başqa ötən mövsüm Avropa Liqasının ikinci təsnifat mərhələsi zamanı Norveçin "Tromse" komandası ilə matçda 2 oyunluq cəzalanan "bankirlər"in baş məşqçisi Kaxaber Sxadadze də matçı tribunadan izləməli olacaq. Moldovada olduğu kimi, gürcü çalışdırıcını bu dəfə də onun köməkçisi Zaur Svanadze əvəz edəcək.
Qeyd edək ki, matç sabah 21:00-da "Şəfa" stadionunda baş tutacaq.