Dünya futbolu
"Tanrıya şükür edirəm ki, ərim 1:7 hesablı məğlubiyyətdə olmayıb"
"Qalatasaray"ın futbolçusu Felipe Melonun həyat yol…
"Qalatasaray"ın futbolçusu Felipe Melonun həyat yoldaşı Roberta Braziliya millisinin Almaniya qarşısındakı biabırçı (7:1) məğlubiyyətini şərh edib . Futbolinfo.az xəbər verir ki, "İnstagram" sosial şəbəkəsindəki şəxsi hesabından açıqlama verən xanım Melo ərini yığmaya dəvət etməyən baş məşqçi Luis Felipe Skolarini tənqid edib:
"Felipenin 4 ildi milliyə çağırılmamasını başa düşə bilmirəm. O, əzmkarlıq, qabiliyyət kimi bütün müsbət xüsusiyyətlərə malikdi. Amma bu məğlubiyyətdən sonra ərimin milliyə çağırılmadığı üçün Tanrıya şükür edirəm".
Qeyd edək ki, 2011-ci ildən Türkiyə təmsilçisi "Qalatasaray"ın şərəfini qoruyan Felipe Melo 2010-2011-ci illər ərzində ölkəsi Braziliyanın milli komandasında çıxış edib
- Ölkə futbolu2024-05-10 08:00
“Yurqorden” Musa Qurbanlıya qiymət qoydu – 10 milyon kron
- Ölkə futbolu2024-05-10 09:21
“Əks təqdirdə fanatlar Şeydayevi qəbul etməyəcək”
- Dünya futbolu2024-05-10 16:37
AÇ-2024-ün rəsmi mahnısı təqdim edildi – VİDEO
- Digər idman növləri2024-05-09 12:52
Kramarenkonun qızı millimizdə? – “Bu, ölkəmə xəyanət olar”