Ölkə futbolu
“İlk qoldan sonra “Neftçi”yə layiq tərzdə oynadıq”
“Neftçi”nin köməkçi məşqçisi Saşa Petroviç Azərbaycan Premyer Liqasının 34-cü turu çərçivəsində “Kəpəz”ə qarşı keçirdikləri görüşdən sonra fikirlərini bölüşüb.
Futbolinfo.az xəbər verir ki, o, 5:1 hesablı qələbə barədə bunları dilə gətirib:
“Oyunu iki hissəyə bölmək olar. Birinci hissə bizim üçün yaxşı alındı, ikincisi ondan da yaxşı. Futbolçularımız xarakter göstərə bildilər. Birinci qoldan sonra “Neftçi”yə layiq tərzdə oynamağa başladılar.
Yaxşı haldır ki, Ağadadaş Salyanski və Brayan Moreno qollarını vurdular. Bu da “Neftçi”nin gələcəyi üçün faydalıdır.
Emin Mahmudovun meydanda olmaması bizim üçün çətinlik yaradır, əsl çatışmazlıqdır. Amma komanda bu gün çox istəkli idi. Bizi qarşıda iki final gözləyir. Avrokuboklara vəsiqə qazanmaq üçün növbəti iki oyunda qələbə qazanmaq haqda fikirləşirik”.
- Ölkə futbolu2024-05-10 08:00
“Yurqorden” Musa Qurbanlıya qiymət qoydu – 10 milyon kron
- Ölkə futbolu2024-05-10 09:21
“Əks təqdirdə fanatlar Şeydayevi qəbul etməyəcək”
- Dünya futbolu2024-05-10 16:37
AÇ-2024-ün rəsmi mahnısı təqdim edildi – VİDEO
- Digər idman növləri2024-05-09 12:52
Kramarenkonun qızı millimizdə? – “Bu, ölkəmə xəyanət olar”