Dünya futbolu
Premyer Liqada aprel ayının ən yaxşı baş məşqçisi və futbolçusu bəlli oldu
Futbol üzrə İngiltərə Premyer Liqasında aprel ayının ən yaxşı baş məşqçisi və futbolçusunun adları açıqlanıb.
Futbolinfo.az çempionatın rəsmi saytına istinadən xəbər verir ki, “Everton”un çalışdırıcısı Şon Dayç ötən ayın ən yaxşısı adını qazanıb.
O, Mikel Arteta (“Arsenal”) və Xosep Qvardiolanı qabaqlamaqla (“Mançester Siti”) buna nail olub.
“Çelsi”nin yarımmüdafəçisi Koul Palmer isə aprelin ən yaxşı futbolçusu seçilib. 22 yaşlı oyunçu ötən ay 7 qol və 1 assistə imza atmaqla özündən söz etdirib.
Ayın ən yaxşı futbolçusu mükafatı uğrunda Brunu Fernandeş (“Mançester Yunayted”), Kay Haverts (“Arsenal”), Jan-Filipp Mateta (“Kristal Pelas”) və Cordan Pikford (“Everton”) mübarizə aparıb.
Koul Palmer Premyer Liqada cari mövsüm 31 matçda iştirak edib, 21 qol vurub və 9 məhsuldar ötürmə verib.
- Ölkə futbolu2024-05-10 08:00
“Yurqorden” Musa Qurbanlıya qiymət qoydu – 10 milyon kron
- Ölkə futbolu2024-05-10 09:21
“Əks təqdirdə fanatlar Şeydayevi qəbul etməyəcək”
- Ölkə futbolu2024-05-09 13:53
“Azərbaycanda həm yaxşı pul qazandım, həm də hörmət”
- Ölkə futbolu2024-05-08 20:41
PFL, “YAŞAT” Fondu və “Badamlı” arasında müqavilə imzalandı