Digər idman növləri
Bu gün yarımfinalın daha bir görüşü keçiriləcək
Azərbaycan Basketbol Liqasının yarımfinal mərhələsində bu gün daha bir oyun keçiriləcək.
Futbolinfo.az xəbər verir ki, “Sərhədçi” İdman Mərkəzində “Xırdalan” və “Sabah” arasında ikinci oyun baş tutacaq.
Görüşün start fiti saat 19.30-da səslənəcək. Komandaların ilk görüşü “Sabah”ın 101:85 hesablı qələbəsi ilə başa çatıb. “Xırdalan” qələbə qazanacağı təqdirdə, mayın 13-də üçüncü görüş olacaq.
Qeyd edək ki, yarımfinalın digər cütündə “NTD-İndiqo” ilə “Xəzri” komandaları qarşılaşıb. Mayın 8-də “Sərhədçi” İdman Mərkəzində baş tutan matçda ikincilər 63:61 hesablı qələbə qazanıb. Bu komandalar arasında ikinci oyun sabah gerçəkləşəcək.
- Ölkə futbolu2024-05-08 16:22
PFL-lə “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalandı
- Ölkə futbolu2024-05-09 13:53
“Azərbaycanda həm yaxşı pul qazandım, həm də hörmət”
- Ölkə futbolu2024-05-08 15:17
AFFA klublara təhlükəsizlik mövzusunda seminar keçib
- I Liqa2024-05-08 14:18
I Liqada 25-ci turun təyinatları müəyyənləşdi