Bizi izləyin

Digər idman növləri

87-ci dünya çempionatı başlayır

blank
blank

Yaşlı idman azarkeşlərinin sevə-sevə izlədiyi turnirlərdən biri – hokkey üzrə dünya çempionatına start verilir. Çexiyanın iki şəhərində – Praqa və Ostravada mayın 10-dan 26-dək ən güclü hokkey komandaları mübarizə aparacaq. Bu il də Rusiya və Belarus yığmaları Ukrayna müharibəsinə görə çempionatda iştirak edə bilməyəcək.

Bu dünya çempionatı Beynəlxalq Hokkey Federasiyasının rəhbərliyi altında keçiriləcək 87-ci belə turnirdir. Turnirə İsveçrə – Norveç və Slovakiya – Çexiya oyunları ilə start veriləcək. Qrup oyunları mayın 21-də yekunlaşacaq.

1/4 final mərhələsinin oyunları mayın 23-də , yarımfinallar 25-də, 3-cü yer uğrunda və final oyunu isə bazar günü , mayın 26-da olacaq.

Praqadakı “O2” arenası 2004-cü ildə inşa edilib. Arenanın tutumu 17 383 nəfərdir. Ostravadakı “Ostravar Arena” isə 9779 azarkeş qəbul edə bilir.

Çempionatda 16 komanda iştirak edəcək. Onlar iki qrupa bölünüb. Ev sahibi və keçən çempionatın 13 komandasına birinci divizionda qalib gələn Böyük Britaniya və Polşa qatılıb.

Çexiya və son dünya çempionu Kanada A qrupunda mübarizə aparacaq. Onların yanında Finlanidya, İsveçrə , Danimarka, Norveç, Avstriya və Böyük Britaniya var. B qrupunda İsveç, ABŞ , Slovakiya , Almaniya, Latviya, Fransa , Qazaxıstan və Polşa mübarizə aparacaq. Hər qrupun 4 ən güclüsü 1/4 finala yüksəlir.

Dünya çempionatının favoriti Kanada millisidir. Heyətdə MHL-in ən bahalı qapıçısı Cordan Binninqton var. 3 il əvvəl draftda bir nömrə ilə seçilən Ouen Pauer komandanın əsas ulduzlarındandır. 18 yaşlı Konrad Bedard gələcəyin ulduzlarından sayılır.

ABŞ millisinin heyəti Kanadadan daha güclüdür. Komandanın meneceri Bil Gerin ulduz və gənclərdən ibarət heyət yığa bilib. Set Cons, Zak Verenski, Bredi Tkaçuk, Koul Kofild, Mett Boldi və digərləri hokkey həvəskarlarına yaxşı tanışdır.

Ən güclü heyət isə İsveçdədir. Keçən il fiaskoya uğradıqdan sonra MHL-də oynayan ulduz hokkeyçilərdə vətənpərvərlik hissi baş qaldırıb. “Tre Krunur” çempionata bir nömrəli favorit kimi yollanır. 12 illik fasilədən sonra Erik Karlson yenidən dünya çempionatına gəlir. O, dünya hokkeyinin ən bahalı 5 oyunçusundan biridir. Karlsonla birlikdə Rasmus Dalin və Viktor Hedman da mundiala qayıdır. Heyət tam formalaşmayıb. Hazırkı heyətdə artıq okeanın o tayında oynayan 18 nəfər var. Bu da komandanın gücündən xəbər verir.

Əlavə edək ki, növbəti dünya çempionatı İsveç və Danimarkada keçiriləcək.

İLQAR AĞAYEV

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Dünya futbolu2024-05-10 12:34

“Arsenal” çempionluq paradının planını hazırlayıb

blank
Ölkə futbolu2024-05-10 12:17

Omar Hani qayıtmaq istəyir

blank
Digər idman növləri2024-05-10 12:00

Bu gün yarımfinalın daha bir görüşü keçiriləcək

blank
Digər idman növləri2024-05-10 11:49

Qadın güləşçilərimiz Dünya Olimpiya Təsnifat turnirində mübarizəyə başlayırlar

blank
Digər idman növləri2024-05-10 11:37

“Böyük Dəbilqə”nin ilk günündə 7 cüdoçumuz mübarizə aparacaq

blank
Premyer-liqa2024-05-10 11:25

“Zirə” – “Qarabağ” matçının hakimləri açıqlandı

blank
Digər idman növləri2024-05-10 11:10

“Dördlər finalı”nın təqvimi bəlli oldu

blank
Digər idman növləri2024-05-10 10:52

87-ci dünya çempionatı başlayır

blank
Digər idman növləri2024-05-10 10:35

Seriyalarda tarazlıq yarandı

blank
Dünya futbolu2024-05-10 10:17

“Bayer”dən Avropa rekordu

blank
Digər2024-05-10 10:00

MİSLİ ilə qazan!

blank
Digər idman növləri2024-05-10 09:40

Yeni idman sarayında ilk yarış

blank
Ölkə futbolu2024-05-10 09:21

“Əks təqdirdə fanatlar Şeydayevi qəbul etməyəcək”

blank
Digər idman növləri2024-05-10 09:04

“Olimpiadada ikinci medal üçün çalışacağam”

blank
Premyer-liqa2024-05-10 08:49

“Neftçi” bu gün “Kəpəz”lə qarşılaşacaq

blank
Digər idman növləri2024-05-10 08:32

“Bu, Azərbaycan xalqının qələbəsidir”

blank
Milli komanda2024-05-10 08:17

Millimizin oyunlarının vaxtı və yeri dəqiqləşdi

blank
Ölkə futbolu2024-05-10 08:00

“Yurqorden” Musa Qurbanlıya qiymət qoydu – 10 milyon kron

blank
Dünya futbolu2024-05-10 01:18

“Olimpiakos” “Aston Villa”nı finala buraxmadı

blank
Dünya futbolu2024-05-10 01:08

“Bayer”lə “Atalanta” finalda!

blank
Digər idman növləri2024-05-09 23:40

Olimpiadaya növbəti lisenziya

blank
Digər idman növləri2024-05-09 23:23

Stolüstü tennis üzrə ölkə turnirinə yekun vurulub

blank
Digər idman növləri2024-05-09 23:00

Kişi boksçularımız lisenziya turnirinə hazırlığı Banqkokda keçəcək

blank
Ölkə futbolu2024-05-09 22:29

“Sabah” Abşeronda futbolçu seçiminə başlayır

blank
Digər idman növləri2024-05-09 22:00

Azərbaycanın daha bir güləşçisi Olimpiya Oyunlarına lisenziya qazandı

blank
Digər idman növləri2024-05-09 21:27

Kamran Nəbizadə TAF-ın prezidenti ilə görüşüb

blank
Digər idman növləri2024-05-09 21:00

Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandı

blank
I Liqa2024-05-09 20:47

MOİK və “Şamaxı”dan darmadağın

blank
Əvəzedicilər2024-05-09 18:00

Əvəzedicilərin yarışında 35-ci turun oyun cədvəli müəyyənləşdi

blank
Ölkə futbolu2024-05-09 17:35

II Liqada 25-ci turun oyun cədvəli açıqlandı

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm