Dünya futbolu
“Bayer”lə “Atalanta” finalda!
Avropa Liqasında finalçılar müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, yarımfinalın cavab görüşləri bu gün Almaniya və İtaliyada baş tutub.
Almaniya çempionu olan “Bayer” İtaliya təmsilçisi “Roma”nı bu dəfə doğma meydanda qəbul edib. Leverkuzen təmsilçisi məhsuldar keçən bu matçda yenə son dəqiqələrdə vurduğu qollar sayəsində heç-heçəyə nail olub və finala yüksəlib.
Digər yarımfinal görüşündə isə İtaliya təmsilçisi “Atalanta” sevinib. Bu komandaların da ilk oyununda heç-heçə qeydə alınmışdı. Amma cavab görüşündə darmadağına sevinən italyanlar finalda “Bayer”ə rəqib olublar.
Avropa Liqası
Yarımfinalın cavab oyunları
9 may
“Bayer” (Almaniya) – “Roma” (İtaliya) 2:2
Qollar: Canluka Mançini, 82-öz qapısına. Yosep Stanişiç, 90+7 – Leandro Paredes, 43-pen; 66-pen.
İlk oyun – 2:0.
“Atalanta” (İtaliya) – “Olimpik” (Marsel, Fransa) 3:0
Qollar: Ademola Lukman, 30. Matteo Ruggeri, 52. Əl-Bilal Ture, 90+5.
İlk oyun – 1:1.
- Milli komanda2024-05-08 12:17
Millimizin gələcək baş məşqçisi Bakıya gəlir
- Ölkə futbolu2024-05-08 16:22
PFL-lə “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalandı
- Dünya futbolu2024-05-08 12:02
“Sabah kimsə necə qalib gəldiyimizi xatırlamayacaq”
- Ölkə futbolu2024-05-09 13:53
“Azərbaycanda həm yaxşı pul qazandım, həm də hörmət”