Dünya futbolu
Son 12 ildə ilk dəfə kuboksuz qaldılar
“Bayern” bu mövsüm kubok qazanmaq şanslarını itirib.
Futbolinfo.az xəbər verir ki, Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda “Real”a uduzan (1:2) münhenlilər ümumi hesabda (3:4) məğlub olaraq, turnirdən kənarlaşdırılıb.
Bundan əvvəl Tomas Tuxelin komandası Almaniya superkubokunun finalında “Leyptsiq”ə (0:3), Almaniya kubokunun 1/16 finalında “Saarbrüken”ə (1:2) məğlub olub. Almaniya Bundesliqasında isə “Bayer” (Leverkuzen) erkən çempionluq yaşayıb.
“Bayern” son 12 ildə ilk dəfə mövsümü kuboksuz başa vuracaq. Sonuncu dəfə belə hal 2011/12 mövsümündə baş verib.
- Milli komanda2024-05-08 12:17
Millimizin gələcək baş məşqçisi Bakıya gəlir
- Ölkə futbolu2024-05-08 09:27
Georgiyevski “Neftçi”nin nəticələrini qəbulolunmaz sayır: “Qarabağ” nə qədər güclü olsa da…”
- Ölkə futbolu2024-05-08 16:22
PFL-lə “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalandı
- Milli komanda2024-05-07 22:55
AFFA Ştefan Kuntsla danışıq aparır? – Rəsmi açıqlama