Digər idman növləri
Yeni idman sarayında ilk yarış
Gəncədə respublika voleybol turniri təşkil edilib. Yeni Gəncə İdman Sarayında reallaşan yarış yeni istifadəyə verilən qurğuda keçirilən ilk idman tədbiri olub.
Yarışın açılış mərasimdə idman sarayında birinci dəfə baş tutan təbdirin Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə təsadüf etməsinin xoş hal olduğu qeyd olunub. Son illər ölkənin regionlarında voleybol idman növünün inkişafına xüsusi diqqət yetirildiyini deyən çıxışçılar, Gəncədə belə yarışların keçirilməsinin idmançıların gələcək karyeraları üçün önəm daşıdığını söyləyiblər.
Yarışda yeniyetmə oğlanlardan ibarət 4 komanda mübarizə aparıb. Federasiya tərəfindən regionlarda təsis edilən Gəncə, Tovuz, Hacıqabul və Oğuz kollektivləri qüvvəsini sınayıb.
Turnirin final oyununda Oğuz və Hacıqabul komandaları qarşılaşıblar. Görüşdə Oğuz qələbə qazanaraq turniri ilk pillədə tamamlayıb. Yekunda mükafatçı komandalar diplom, medal, qalib kollektiv isə kubokla təltif edilib. Həmçinin qalib komanda 5000, 2-ci pillədə qərarlaşan komanda 3000, 3 və 4-cü yerin sahibləri isə 1500 manat pulla mükafatlandırılıblar.
BƏHRUZ MUSAYEV, GƏNCƏ
- Milli komanda2024-05-08 12:17
Millimizin gələcək baş məşqçisi Bakıya gəlir
- Ölkə futbolu2024-05-08 16:22
PFL-lə “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalandı
- Dünya futbolu2024-05-08 12:02
“Sabah kimsə necə qalib gəldiyimizi xatırlamayacaq”
- Ölkə futbolu2024-05-09 13:53
“Azərbaycanda həm yaxşı pul qazandım, həm də hörmət”