Ölkə futbolu
Slaven Musa: "Cavab matçında da qələbə qazanmaq istəyirik"
Bosniya və Herseqovina “Şiroki Briyeq”inin baş məşq&c…
Bosniya və Herseqovina “Şiroki Briyeq”inin baş məşqçisi Slaven Musa sabah "Qəbələ"yə qarşı keçirəcəkləri cavab matçı ilə bağlı açıqlama verib. Futbolinfo.az xəbər verir ki, Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyunu öncəsi jurnalistlərin suallarını cavablandıran 43 yaşlı mütəxəssis növbəti oyundan da qalib ayrılmaq istədiklərini deyib:
"Biz ancaq mərhələ adlamaq yox, həm də qələbə qazanmaq istəyirik. Amma tələsməyəcəyik. "Qəbələ" Avroliqada təcrübəsiz olsa da, sərgilədiyi oyuna görə daha təcrübəlidi və bunu meydanda da göstərdilər. Azərbaycandakı 2 cavabsız qolla qalib gəldiyimiz oyunda biz hər iki komanda arasındakı fərqləri də analiz etdik. Amma biz öz oyunumuza köklənib, növbəti mərhələyə vəsiqəni təmin etməliyik".