Ölkə futbolu
Denis Silva: "Məncə, insan ölümü, pulsuzluq kimi şeylər daha faciəvidi, nəinki 1:7"
"Neftçi"nin braziliyalı futbolçusu Denis Silv…
"Neftçi"nin braziliyalı futbolçusu Denis Silva ölkəsinin milli komandasının Almaniya qarşısındakı biabırçı hesabla (7:1) məğlubiyyətini şərh edib. Futbolinfo.az saytına danışan 28 yaşlı müdafiəçi yığmanın aparıcı üzvləri Neymar və Tyaqo Silvanın həmin matçda oynamamasının komandaya çox təsir etdiyini deyib:
"Açığı, həmin oyunu izləmədim. Amma böyükhesablı məğlubiyyətin faciəvi olub-olmamasını dəqiq deyə bilmərəm. Məncə, pulsuzluq, insan ölümü kimi şeylər daha faciəvidi. Tyaqo Silva və Neymarın yoxluğu Braziliya millisinə çox təsir etdi. Çünki onlar komanda üçün çox önəmli futbolçulardı. Bu, futboldu və oyundan öncə hər bir nəticəni gözləmək olar".