Dünya futbolu
Mühəndisin proqnozu düz çıxdı
DÇ-2014-də baş tutan Braziliya – Almaniya matçı…
DÇ-2014-də baş tutan Braziliya – Almaniya matçı haqda maraqlı iddia yayılıb. Futbolinfo.az xəbər verir ki, San Pauloda yaşayan Flavio Spina adlı bir mühəndis matçın nəticəsini (1:7) bir gün öncə yuxusunda görüb.
Spina yuxusu ilə bağlı oyundan 14 saat öncə "facebook" sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.
Onun paylaşımına rəy bildirən dostları onu ələ salıblar. Lakin hesabın özünü doğrultması çoxlarının təəccübünə səbəb olub. Bundan sonra bir çox media orqanı Flaviodan müsahibə almaq üçün növbəyə düzülüb.