Ölkə futbolu
"Qarabağ" adaya nə vaxt gedir?
Azərbaycan çempionu "Qarabağ" Avstriyada təlim-mə…
Azərbaycan çempionu "Qarabağ" Avstriyada təlim-məşq toplanışını davam etdirir. Futbolinfo.az xəbər verir ki, artıq Kössendəki hazırlığın son həftəsinə qədəm qoyan Ağdam klubu səfərə hazırlaşır.
Çempionlar Liqasnın ikinci təsnifat mərhələsindən mübarizəyə qoşulacaq "atlılar" iyulun 15-də Malta təmsilçisi "Valletta" ilə qarşılaşacaq. Əldə etdiyimiz məlumata görə, Qurban Qurbanovun yetirmələri matçdan iki gün əvvəl, yəni iyulun 13-də Avstriyanı tərk edib, oradan Maltaya yola düşəcək.
Qeyd edək ki, "Valletta" – "Qarabağ" matçı iyulun 15-də saat 21:30-da start götürəcək. Bu komandalar arasında cavab görüşü isə bir həftə sonra Bakıda eyni saatda baş tutacaq.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Dünya futbolu2024-04-19 17:27
“Beşiktaş” Qurban Qurbanovla bağlı qərar verməyib