Ölkə futbolu
DÇ-2014 Çakıra 40 min qazandırdı
Türkiyəli FİFA referisi Cüneyt Çakır DÇ-201…
Türkiyəli FİFA referisi Cüneyt Çakır DÇ-2014-də olduğu bir ay müddətində 40 min avro qazanıb. Futbolinfo.az xəbər verir ki, Türkiyə mətbuatı bu iddia ilə çıxış edib. Belə ki, FİFA mundialın bütün baş hakimlərinə 40 min avro ödəyib.
Cüneyt Çakır Kocaeli Universitetinin İqtisadiyyat fakultəsinin məzunudu. 38 yaşlı FİFA referisi 2001-ci ildən Super Liqada fit çalır.
Xatırladaq ki, Çakır ötən mövsüm Superliqda bir mövsümdə idarə etdiyi ümumi oyunlara görə 30 min avro qazanmışdı.