Dünya futbolu
Alveşi istəsələr, qalacaq
"Barselona"nın müdafiəçisi Daniel Alves klubda…
"Barselona"nın müdafiəçisi Daniel Alves klubdakı gələcəyindən danışıb. Futbolinfo.az xəbər verir ki, o, rəhbərlik də istəyərsə, növbəti mövsümdə “Barsa”da qalmaq istədiyini deyib:
"Barselona" rəhbərliyilə görüşəcəyəm və qərar verəcəyəm. Əgər onlar qalmağımı istəsə, qalaram. Mənim müqaviləm var. Burada qalmaq istəyirəm, amma bu təkcə məndən asılı olan bir şey deyil. Son iki ildə heç bir şey qazanmamamıza baxmayaraq, bura gələndən bütün gücümü ortaya qoymuşam".
Daha öncə katalon klubunun braziliyalı futbolçunu PSJ-dən Markinyosla dəyişəcəkləri yönündə xəbərlər yayılmışdı.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq