Ölkə futbolu
Felipe Skolari Hollandiya ilə oyundan sonra gedir
Braziliya millisinin baş məşqçisi Luis Felipe Skolari komand…
Braziliya millisinin baş məşqçisi Luis Felipe Skolari komandanın başında son günlərini keçirir. Futbolinfo.az xəbər verir ki, DÇ-2014-də 3-cü yer uğrunda oyun onun üçün sonuncu olacaq. Bunu Braziliya Futbol Konfederasiyasının yeni vitse-prezidenti Delfim Peyşotu açıqlayıb.
Bu yaxınlarda vəzifəsinin icrasına başlayacaq braziliyalı yeni rəhbərliyin baş məşqçi dəyişikliyi edəcəyini bildirib: “Skolari bir də Braziliya yığmasında olmayacaq. Onu heç vaxt qaytarmayacağıq. Skolari bizim üçün yükdü”.
2002-ci ildə Braziliyaya son çempionluğu qazandıran Skolari yarımfinalda Almaniyaya 1:7 hesablı məğlubiyyətdən sonra ölkəsindəki bütün nüfuzunu itirib. Artıq onun yerinə “Korintians”ın baş məşqçisi Titenin gətiriləcəyi iddia edilir.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-15 08:00
Hakim kömək etmədi, “Səbail” yenə qələbəsiz qaldı
- Ölkə futbolu2024-04-15 10:17
“Qarabağ” üçün daha iki potensial rəqib
- Ölkə futbolu2024-04-15 10:03
Musanın oynamamasının səbəbi – baş məşqçi açıqladı