Ölkə futbolu
"Onlar bizə kömək edəcək"
Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək "Qar…
Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək "Qarabağ" növbəti mövsümün hazırlıqlarını Avstriyada davam etdirir. Futbolinfo.az xəbər verir ki, Ağdam klubu bu həftə Motsartın vətənindəki hazırlığı başa vuraraq Maltaya yola düşəcək.
Saytımıza açıqlama verən "atlılar"ın yarımmüdafiəçisi Qara Qarayev komandaya yeni transfer olunan futbolçular haqda fikirlərini bölüşüb:
"Danilo Dias yaxşı futbolçudu. Qol vurmaq qabiliyyəti yüksəkdi. Ən əsası da odu ki, tez bir zamanda komandaya uyğunlaşa bilib. Fikrimcə, Dias bizim üçün uğurlu transferdi. Tərlan Quliyevlə Cavid Tağıyev isə potensialı olan futbolçulardı. Hər ikisinin Premyer Liqa təcrübəsi yetərincədi. Onların bizə kömək edəcəklərini düşünürəm".