Ölkə futbolu
AFFA rəhbərliyi "İnter"ə dəstək olacaq
Bu gün son mövsümün gümüş mükafat&…
Bu gün son mövsümün gümüş mükafatçısı "İnter" Avropa Liqasının ilkin təsnifat mərhələsinin cavab qarşılaşmasında Moldova "Tiraspol"u ilə qarşılşacaq. Futbolinfo.az xəbər verir ki, "bankirlər"ə dəstək üçün bir sıra tanınmış şəxslər "Şəfa" stadionuna üz tutacaq.
Əldə etdiyimiz məlumata görə, AFFA-nın prezidenti Rövnəq Abdullayev saat 21:00-da başlayacaq matçı stadiondan canlı izləyə bilər. AFFA-nın baş katibi Elxan Məmmədov da matçı canlı izləyənlər arasında olacaq. Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev də qarşılaşmanı canlı izləmək şansını qaçırmayacaq.
Qeyd edək ki, AFFA və PFL rəhbərləri "Qəbələ" – "Şiroki Briyeq" matçını da stadiondan birgə izləmişdi.