Ölkə futbolu
Fanatlar "İnter"in matçına biganə qaldı, Sxadadze tribunada (FOTO)
Ölkəmizi Avropa Liqasında təmsil edən "İnter" bu d…
Ölkəmizi Avropa Liqasında təmsil edən "İnter" bu dəqiqələrdə "Şəfa" stadionunda Moldova "Tiraspol"u ilə qarşılaşır. Futbolinfo.az xəbər verir ki, Avropa Liqasının ilk təsnifat mərhələsinin cavab oyununda "bankirlər"in baş məşqçisi Kaxaber Sxadadze komandasının sükanı arxasında deyil.
Çünki onun hələ ötən mövsümdən qalan cəzası qüvəddədi. Belə ki, o ötən mövsüm Avropa Liqasının ikinci təsnifat mərhələsi zamanı Norveçin "Tromse" komandası ilə matçda 2 oyunluq cəzalanmışdı. Buna səbəb isə onun matç zamanı oyunu idarə edən hakimə kobud şəkildə etiraz etməsi səbəb olmuşdu. Buna görə də gürcü çalışdırıcı Moldovadakı görüşdə olduğu kimi, Bakıdakı oyunda da yetirmələrinin çıxışını tribunadan izləyir.
Sonda onu da bildirək ki, "İnter" və "Tiraspol" arasındakı cavab matçına azərbaycanlı azarkeşlərin marağı elə də çox deyil. Bunu deməyə 6200 azarkeş tutumuna malik olan "Şəfa" stadionunun bəzi tribunalarının tamamilə boş olması da əsas verir.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-15 08:00
Hakim kömək etmədi, “Səbail” yenə qələbəsiz qaldı
- Ölkə futbolu2024-04-15 10:17
“Qarabağ” üçün daha iki potensial rəqib
- Ölkə futbolu2024-04-15 10:03
Musanın oynamamasının səbəbi – baş məşqçi açıqladı