Ölkə futbolu
"Tiraspol"un baş məşqçisi: "Hər şeyi ikinci penalti həll etdi"
Moldovanın "Tiraspol" klubunun baş məşqçisi Vlad …
Moldovanın "Tiraspol" klubunun baş məşqçisi Vlad Qoyan Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində "İnter"ə qarşı keçirdikləri cavab oyunundan sonra fikirlərini açıqlayıb. Futbolinfo.az xəbər verir ki, o, komandasının 1:3 hesablı məğlubiyyətini belə şərh edib:
"İnter" birinci hissədə üstünlüyə malik idi. Onlar daha çox qol vəziyyətləri yaradırdılar. İkinci hissədə isə onlar təşəbbüsə tam yiyələndilər. Buraxdığımız ilk qoldan sonra matçın taleyi demək olar ki, həll olunmuşdu. Komandamız azlıqda qalmışdı, ən azı iki qol vurmalıydıq. Ardından ikinci penalti təyin olundu. Məncə, elə hər şeyi həmin penalti həll etdi. İkinci hissədə biz demək olar ki, topa sahib ola bilmirdik, adi vəziyyətlərdə qol buraxırdıq. "İnter" topa sahib olmaq baxımından daha yaxşı təsir bağışlayırdı".
Xatırladaq ki, bu komandalar arasındakı ilk oyun "İnter"in 3:2 hesablı qələbəsiylə başa çatmışdı.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…