Müsahibə
Goergi Nikolov: "İnter"in uğur qazanacağına şübhə etmirdim"
"İnter"in prezidenti Georgi Nikolov Avropa Liqasının biri…
"İnter"in prezidenti Georgi Nikolov Avropa Liqasının birinci təsnifat mərhələsində Moldova "Tiraspol"una qarşı keçirdikləri cavab matçından sonra fikirlərini açıqlayıb. Futbolinfo.az sizi Nikolovun müsahibəsi ilə tanış edir:
– İlk dəqiqələrdən hamı çox əsəbi idi…
– Çox nahaq əsəbiləşirdilər. İnamlı olmaq lazım idi. Etibarlı olmalı idiniz. Şəxsən mən komandamın qalib gələcəyinə şübhə etmirdim. Belə də oldu.
– Birinci hissəni necə şərh edərdiz?
– Birinci hissədə əsəbilik vardı. Amma mən uğur qazanacağımıza inanırdım. Axırda belə də oldu. İkinci hissədə baş verənləri də özünüz gördü. Yazıq rəqibimizə nə olduğunun siz də şahidisiz. Layiq olan tərəf qələbə qazandı.
– Artıq növbəti rəqib haqqında danışmaq olar?
– Bəli, olar.
– Sizcə, "Elfsborq" "Tiraspol"dan daha çətin rəqibdi? Komandanızın şansını necə dəyərləndirərdiz?
– Gəlin, sizə real olaraq deyim ki, şanslar bərabərdi.
– Klub prezidenti olaraq komandanın qarşısına hansı hədəfləri qoymusuz? "İnter" neçə mərhələ keçməlidi?
– (Gülür) Nə qədər çox mərhələ adlasaq, o qədər yaxşıdı.
– Komandanı gücləndirmək üçün yeni transferlər olacaq?
– Bu gün üçün deyə bilərəm ki, heç nə yoxdu. Yəqin ki, hamımız bu oyundakı çıxışdan razıyıq. Hesab edirəm ki, bu oyundakı heyətimiz tapşırıqların öhdəsindən gəlməyə qadirdilər. Sadəcə, zədəlilərə görə bir az narahatam. Bu oyunda zədə yarada biləcək epizodlar çox idi. Ümid edirəm ki, oyunçularımın vəziyyəti yaxşıdı.