Digər idman növləri
MBA-da çempionat bitdi, bütün cütlüklər məlum oldu
Milli Basketbol Assosasiyasında müntəzəm çempionat başa çatıb. Son oyun günündə nəticələrin hamısı gözlənilən olub. Komandalar öz yerlərini qoruyub saxlamağı bacarıb.
Bununla da, mövsümün nəticələrinə əsasən, bütün pley-off və pley-in cütləri müəyyənləşib.
Pley-in oyunları aprelin 16-dan 19-a kimi keçiriləcək. Pley-off mərhələsi isə aprelin 20-də start götürür.
Qərb Konfransı
Pley-in
“Nyu-Orlean Pelikans” (7-ci yer) – “Los-Anceles Leykers” (8-ci yer)
“Sakramento Kinqs” (9) – “Qolden Steyt Vorriors” (10)
Pley-off
İlk raund
“Oklahoma Siti Tanders” (1) – pley-indən gələcək komanda
“Denver Naggets” (2) – pley-indən gələcək komanda
“Minnesota Timbervulvz” (3) – “Finiks Sans” (6)
“Los-Anceles Klippers” (4) – “Dallas Maveriks” (5)
Şərq Konfransı
Pley-in
“Filadelfiya Siksers”(7-ci yer) – “Mayami Hits” (8-ci)
“Çikaqo Buls” (9) – “Atlanta Houks” (10)
Pley-off
İlk raund
“Boston Seltiks” (1) – pley-indən gələcək komanda
“Nyu-York Niks”(2) – pley-indən gələcək komanda
“Miluoki Baks” (3) – “İndiana Peysers” (6)
“Klivlend Kavalers” (4) – “Orlando Mecik”(5)