Ölkə futbolu
Avropa Liqasında ikinci təsnifat mərhələsinin bütün cütlükləri
Ötən gün keçirilən qarşılaşmalardan sonra Avropa…
Ötən gün keçirilən qarşılaşmalardan sonra Avropa Liqasının ikinci təsnifat mərhələsinin bütün cütlükləri müəyyənləşdi. Futbolinfo.az xəbər verir ki, bu mərhələdə ölkəmizi iki komanda təmsil edəcək.
Ötən gün Moldova "Tiraspol"unu məğlub edən Bakı "İnter"i İsveç təmsilçisi "Elfsborq"la üz-üzə gələcək. Mübarizəyə bu mərhələdən qoşulacaq Azərbaycan Kubokunun qalibi "Neftçi" isə Sloveniyanın "Koper" klubu ilə qarşılaşacaq. Hansı ki, bu komanda Monteneqro "Çelik"inə iki oyunun (5:0, 4:0) nəticəsinə görə 9 cavabsız qol vurub.
İkinci mərhələdən mübarizəyə qoşulacaq Türkiyənin "Bursaspor" klubunun da rəqibi müəyyənləşib. "Timsahlar" "Çixura" (Gürcüstan) ilə güclərini sınayacaqlar.
Qeyd edək ki, Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları iyulun 17-də, cavab matçları isə həmin ayın 24-də keçiriləcək.
Avroliqanın ikinci təsnifat mərhələsinin bütün cütlükləri belədi:
Qyor (Macarıstan) – Göteborq (İsveç)
Neman (Belarus) – Fram (İslandiya)
Çukariçki (Serbiya) – Qrodiq (Avstriya)
Aberdin (Şotlandiya) – Qroningen (Hollandiya)
Buduçnost (Çernoqoriya) – Omoniya (Kipr)
Atlantas (Litva) – Şaxtyor (Qazaxıstan)
Derri Siti (İrlandiya) – Şaxtyor (Belarus)
Botev (Bolqarıstan) – Pölten (Avstriya)
Molde (Norveç) – Qorisa (Sloveniya)
Hapoel (Beer Şeva, İsrail) – Split (Xorvatiya)
ÇFR Kluj (Rumıniya) – Yaqodina (Serbiya)
Bursaspor (Türkiyə) – Çixura (Gürcüstan)
Mlada Boleslav (Çexiya) – Şiroki Briyeq (Bosniya)
Sarayevo (Bosniya və Herseqovina) – Hauqesun (Norveç)
Rux (Polşa) – Vaduts (Lixtenşteyn)
Tripolis (Gürcüstan) – Rops (Finlandiya)
Jelezniçar (Bosniya) – Metallurq (Makedoniya)
Liberets (Çexiya) – Koşitse (Slovakiya)
Motervell (Şotlandiya) – Styarnan (İslandiya)
Neftçi (Azərbaycan) – Koper (Sloveniya)
Lütsern (İsveçrə) – Sent Conson (Şotlandiya)
Sulte Varegem (Belçika) – Zavişa (Polşa)
Hapoel (Tel-Əviv, İsrail) – Astana (Qazaxıstan)
Hayduk (Xorvatiya) – Dandalk (İrlandiya)
Nomme Kalyu (Estoniya) – Lex (Polşa)
Vikinqur (Farer adaları) – Tromse (Norveç)
Spartak (Slovakiya) – Zestafoni (Gürcüstan)
Linfild (Şimali İrlandiya) – AİK (İsveçrə)
Laçi (Albaniya) – Zorya (Ukrayna)
Sillamae Kalev (Estoniya) – Krasnodar (Rusiya)
Trençin (Slovakiya) – Voyvodina (Serbiya)
Kayrat (Qazaxıstan) – Esbyerq (Danimarka)
Dinamo (Belarusiya) – MÜPA (Finlandiya)
Petrolul (Rumıniya) – Flamurtari (Albaniya)
Kruzeyders (Şimali İrlandiya) – Brommapoykarna (İsveç)
Riyeka (Xorvatiya) – Ferençvaroş (Macarıstan)
Rusenborq (Norveç) – Slayqo Rovers (İrlandiya)
ÇSKA (Bolqarıstan) – Zimbru (Moldova)
Veris (Moldova)/Liteks (Bolqarıstan) – Dyosqyor (Macarıstan) (Təxirə salınıb)
Elfsborq (İsveçrə) – İnter (Azərbaycan)
Asteras (Yunanıstan) – Rops (Finlandiya)
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…