Ölkə futbolu
"Neftçi" "Koper"i keçsə, PSV, Lion "Olimpik"i və "Torino" ilə qarşılaşa bilər
Avropa Liqasının ikinci təsnifat mərhələsində "Koper"…
Avropa Liqasının ikinci təsnifat mərhələsində "Koper"lə (Sloveniya) qarşılaşacaq "Neftçi" klubunun növbəti mərhələdəki potensial rəqibləri də məlumdu. Futbolinfo.az xəbər verir ki, "ağ-qaralar" Sloveniya təmsilçisi ilə oyunlardan qalib ayrılsa, üçüncü təsnifat mərhələsində daha güclü rəqiblərlə qarşılaşacaq.
Belə ki, səpələnmişlər səbətində yer alan və üçüncü mərhələyə birbaşa qoşulacaq komandalardan biri paytaxt təmsilçisi ilə üz-üzə gələcək. Çünki komandamız üçüncü təsnifat mərhələsinin püşkatması zamanı səpələnməmişlər səbətində yer alacaq.
Avroliqada birbaşa üçüncü təsnifat mərhələsindən mübarizəyə başlayacaq və səpələnmişlər səbətində yer alacaq "Neftçi"nin potensial rəqibləri bunlardı:
Olimpik (Lion, Fransa), PSV (Hollandiya), Viktoriya (Çexiya), Brügge (Belçika), Real Sosyedad (İspaniya), Yanq Boys (İsveçrə), Maynts (Almaniya), Hall Siti (İngiltərə), Çernomorets (Ukrayna), Torino (İtaliya), Rio Ave (Portuqaliya), Dinamo (Moskva, Rusiya), Atromitos (Yunanıstan).
Bundan əlavə, "Neftçi" ikinci mərhələdə mübarizə aparacaq aşağıdakı cütlüklərin qalibləri ilə də qarşılaşa bilər:
Hapoel (Tel-Əviv, İsrail) – Astana (Qazaxıstan), ÇFR Kluj (Rumıniya) – Yaqodina (Serbiya), Kalyu (Estoniya) – Lex (Polşa), Liberets (Çexiya) – Koşitse (Slovakiya), Bursaspor (Türkiyə) – Çixura (Gürcüstan), Kayrat (Qazaxıstan) – Esbyerq (Danimarka), Zulte Varegen (Belçika) – Zavişa (Polşa), Rusenborq (Norveç) – Slayqo Rovers (İrlandiya), Elfsborq (İsveçrə) – İnter (Azərbaycan), Buduçnost (Çernoqoriya) – Omoniya (Kipr), Hayduk (Xorvatiya) – Dandalk (İrlandiya), Sillamae Kalev (Estoniya) – Krasnodar (Rusiya), Molde (Norveç) – Qorisa (Sloveniya), Luzern (İsveçrə) – Sent Conson (Şotlandiya), ÇSKA (Bolqarıstan) – Zimbru (Moldova), Riyeka (Xorvatiya) – Ferençvaroş (Macarıstan).
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Müsahibə2024-04-10 11:44
Subaşiç “Neftçi” və “Qəbələ”yə görə məyusdur: “Rəhbərlik heyət və məşqçi ilə bağlı qərar verməlidir”
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…