Ölkə futbolu
"İnter" Avropa Liqasının 3-cü mərhələsində Türkiyə klubu ilə qarşılaşa bilər
Avropa Liqasının ikinci təsnifat mərhələsində "Elfsborq&qu…
Avropa Liqasının ikinci təsnifat mərhələsində "Elfsborq"la (İsveç) qarşılaşacaq "İnter" klubunun növbəti mərhələdəki potensial rəqibləri də məlumdu. Futbolinfo.az xəbər verir ki, bakılılar Sloveniya təmsilçisi ilə oyunlardan qalib ayrılsa, üçüncü təsnifat mərhələsində daha güclü rəqiblərlə qarşılaşacaq.
Belə ki, səpələnməmişlər səbətində yer alan və üçüncü mərhələyə birbaşa qoşulacaq komandalardan biri paytaxt təmsilçisi ilə üz-üzə gələcək. Çünki komandamız üçüncü təsnifat mərhələsinin püşkatması zamanı səpələnmişlər səbətində yer alacaq. Bu isə komandamızın rəqibi olan "Elfsborq"un reytinq baxımından daha güclü olmasıdı.
"Bankirlər"in Avroliqada birbaşa üçüncü təsnifat mərhələsindən mübarizəyə başlayacaq və səpələnməmişlər səbətində yer alacaq potensial rəqibləri bunlardı: Brondbyu (Danimarka), Hapoel (Kryat- Şmona-İsrail), Astra (Rumıniya), Karabükspor (Türkiyə), Ermis (Kipr).
Bundan əlavə, "İnter" ikinci mərhələdə mübarizə aparacaq aşağıdakı cütlüklərin qalibləri ilə də qarşılaşa bilər: Aberdin (Şotlandiya) – Qroningen (Hollandiya), Asteras (Yunanıstan) – Rops (Finlandiya), Vikinqur (Farer adaları) – Tromse (Norveç), Motervell (Şotlandiya) – Styarnan (İslandiya), Laçi (Albaniya) – Zorya (Ukrayna), Mlada Boleslav (Çexiya) – Şiroki Briyeq (Bosniya), Linfild (Şimali İrlandiya) – AİK (İsveçrə), Veris (Moldova)/Liteks (Bolqarıstan) – Dyosqyor (Macarıstan) (Təxirə salınıb), Neftçi (Azərbaycan) – Koper (Sloveniya), Voyvodina (Serbiya) – Trençin (Slovakiya), Petrolul (Rumıniya) – Flamurtari (Albaniya), Dinamo (Belarusiya) – MÜPA (Finlandiya), Çukariçki (Serbiya) – Qrodiq (Avstriya), Botev (Bolqarıstan) – Pölten (Avstriya), Spartak (Slovakiya) – Zestafoni (Gürcüstan), Neman (Belarus) – Fram (İslandiya), Rux (Polşa) – Vaduts (Lixtenşteyn), Qyor (Macarıstan) – Göteborq (İsveç), Jelezniçar (Bosniya) – Metallurq (Makedoniya), Sarayevo (Bosniya və Herseqovina) – Hauqesun (Norveç), Atlantas (Litva) – Şaxtyor (Qazaxıstan), Hapoel (Beer Şeva, İsrail) – Split (Xorvatiya), Derri Siti (İrlandiya) – Şaxtyor (Belarus), Kruzeyders (Şimali İrlandiya) – Brommapoykarna (İsveç).
Qeyd edək ki, əgər "İnter" və "Neftçi" üçüncü təsnifat mərhələsinə vəsiqə qazanarsa, bir-biriləri ilə qarşılaşa bilməzlər.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Ölkə futbolu2024-05-02 08:00
Bir aylıq istirahətin şərəfinə… Balaşın ariyası
- Müsahibə2024-05-02 15:51
Dodo “Qəbələ”yə kömək etmək istəyir: I Liqada da oynamağa hazırdır
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə