Ölkə futbolu
Sxadadze: "Dəstəyə görə minnətdaram"
"İnter"in baş məşqçisi Kaxaber Sxadadze iyulun 10…
"İnter"in baş məşqçisi Kaxaber Sxadadze iyulun 10-da "İnter" və "Tiraspol" komandaları arasında keçirilən Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyununa tamaşa etmək üçün stadiona toplaşan azarkeşlər barədə danışıb. Futbolinfo.az xəbər verir ki, gürcüstanlı çalışdırıcı klub saytına açıqlamasında bunları söyləyib:
"Dünən "Şəfa" stadionunda möhtəşəm atmosfer var idi. Stadiona gələn bütün azarkeşlərə göstərdikləri dəstəyə görə minnətdarlığımı bildirmək istəyirəm. Komandanın hesabda geri düşməsinə baxmayaraq dəstəklərini əsirgəmədilər. Belə bir mənzərəni müşahidə etmək çox xoş idi. Bizə inandıqlarına və dəstəklədiklərinə görə stadiona gəlmiş hər bir azarkeşə bir daha təşəkkürümü bildirirəm".
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Premyer-liqa2024-04-20 20:55
“Zirə” “Neftçi”yə qalib gəldi