Ölkə futbolu
"Simurq" Xorvatiya klubu ilə sülh bağladı
"Simurq" Sloveniyadakı təlim-məşq toplanışı ç?…
"Simurq" Sloveniyadakı təlim-məşq toplanışı çərçivəsində son yoxlama oyununu keçirib. Futbolinfo.az xəbər verir ki, Zaqatala klubu Xorvatiyanın "Lokomotiv" (Zaqreb) komandası ilə üz-üzə gəlib.
6 qolun vurulduğu oyunda qalib müəyyənləşməyib – 3:3. Zaqatala klubunun qollarına Lukaş Tresnyak, Stepan Polyak və Məhərrəm Hüseynov imza atıblar.
Qeyd edək ki, matçın 3-cü dəqiqəsində Draqan Çeran penaltidən yararlana bilməyib.