Ölkə futbolu
Azərbaycan millisi Avropa Superfinalında!
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Avrop…
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Avropa Superfinalına vəsiqə qazanıb. Futbolinfo.az xəbər verir ki, Rusiyanın paytaxtı Moskvada keçirilən Avropa çempionatının seçmə mərhələsində millimiz ilk oyunda Qazaxıstan yığmasını məğlub edib – 3:1. Qolları Hikmət Bağırov, Amid Nəzərov və Sabir Allahquliyev vurub.
Növbəti oyunda millimiz Estoniya yığmasına məğlub olub. 1:2 hesabı ilə başa çatan qarşılaşmada futbolçularımızdan Hikmət Bağırov fərqlənib.
Qrup mərhələsinin üçüncü oyununda millimiz Moldova yığmasını 4:2 hesabı ilə məğlubiyyətə uğradıb. Moldova komandasının qapısından topları Asif Zeynalov, Orxan Məmmədov, Amid Nəzərov və Sabir Allahquliyev keçirib.
Millimizin iştirak edəcəyi Avropa Superfinalı avqustun 14-dən 17-dək İspaniyanın Torredambarra şəhərində təşkil olunacaq. (AFFA)
- Ölkə futbolu2024-05-06 10:08
“Dinamo” Mahiri satmaq istəyir, amma…
- Milli komanda2024-05-06 15:32
Millimizin yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşdi
- Digər idman növləri2024-05-06 17:45
AVF rəhbərliyi Antalyada milli üzvləri ilə görüşdü
- Milli komanda2024-05-06 13:09
Aqolli: “Azərbaycanın rəqib seçilməsi doğru addımdır”