Ölkə futbolu
AZAL-dan ayrılan futbolçu Almaniya klubuna keçir
AZAL-la yollarını ayıran nigeriya əsilli ABŞ-lı futbolçu …
AZAL-la yollarını ayıran nigeriya əsilli ABŞ-lı futbolçu Con Oluremi aparıcı futbol ölkələrindən transfer təklifləri alıb. Futbolinfo.az Nigeriya mətbuatına istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi ilə Almaniya, Portuqaliya, İsveç və ABŞ klubları danışıqlar aparır.
Qeyd edək ki, Oluremi anasının xəstə olduğunu bəhanə edərək, Azərbaycan klubundan ayrılıb. Amma bu, sadəcə, komandadan ayrılmaq üçün bir bəhanə kimi qiymətləndirilir. Çox böyük ehtimalla Con bu bəhanəni komandadan canını qurtarmaq üçün irəli sürüb ki, daha sərfəli transfer təkliflərindən birini dəyərləndirsin.