Dünya futbolu
Mənsimov “Çelsi”li forvard üçün Abramoviçlə görüşəcək
“Beşiktaş” azarkeşi olan azərbaycanlı iş adamı, &ld…
“Beşiktaş” azarkeşi olan azərbaycanlı iş adamı, “Xəzər Lənkəran” klubunun fəxri prezidenti Mübariz Mənsimov transfer çalışmalarında “ağ-qaralar”a kömək edəcək. Futbolinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, İstanbul klubunun heyətinə qatmaq istədiyi hücumçu Demba Ba üçün “Çelsi” klubunu prezidenti Roman Abramoviçlə görüşəcək.
Mənbədə qeyd olunur ki, tərəflər bu yaxınlarda Bodrum şəhərində bir araya gələcəklər.
Qeyd edək ki, Seneqal millisinin də üzvü olan Ba ötən ildən İngiltərə təmsilçisinin formasını geyinir.