Ölkə futbolu
"Neftçi" – "Koper" matçının biletləri 1-10 manata!
Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçiv…
Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Neftçi" – "Koper" (Sloveniya) oyununun biletləri sabah satışa çıxarılacaq. Futbolinfo.az xəbər verir ki, azarkeşlər biletləri 15.07.2014-cü il, saat 12:00-dan etibarən "Bakcell Arena"nın kassalarından ala biləcəklər.
Adi biletlərin qiyməti 1, VİP biletlərin qiyməti isə 10 manatdı. VİP bilet alan azarkeşlərə "Neftçi"nin azarkeş futbolkası və şərfi hədiyyə olunacaq. (klub saytı)