Ölkə futbolu
DÇ-də gənc bombardir
Dünən baş tutan Almaniya – Argentina finalı ilə ilə DÇ…
Dünən baş tutan Almaniya – Argentina finalı ilə ilə DÇ-2014-ə son qoyuldu. Futbolinfo.az xəbər verir ki, bununla da mundialda həm də bombardirin kim olduğu müəyyənləşdi.
Kolumbiya millisinin futbolçusu Xames Rodriqes 6 qolla adını ən sərrast futbolçu kimi XX DÇ-nin tarixinə saldı.
1/4 finalda Braziliyaya məğlub olaraq mübarizəni dayandıran Kolumbiya millisinin gənc hücumçusu 5 oyunda 6 qol vurmaqla istedadını nümayiş etdirdi. Belə ki, onun əsas rəqibləri olan Tomas Müller və Lionel Messi 7 oyun keçirmələrinə baxmayaraq, almaniyalı isə 5, argentinalı 4 qolla 23 yaşlı oyunçudan geri qaldı.
Qolçuluq yarışında ilk “beşlik” belə formalaşıb:
1. Xames Rodriqes (Kolumbiya) – 6
2. Tomas Müller (Almaniya) – 5
3. Lionel Messi (Argentina) – 4
4. Robin Van Persi (Hollandiya) – 4
5. Neymar (Braziliya) – 4