Dünya futbolu
Fred Braziliya karyerasını başa vurdu
Braziliya millisinin forvardı Fred yığmadakı karyerasına son qoyd…
Braziliya millisinin forvardı Fred yığmadakı karyerasına son qoyduğunu açıqlayıb. Futbolinfo.az xəbər verir ki, o, DÇ-2014-dəki məyusluqdan sonra komandadakı işini davam etdirə bilməyəcəyini deyib.
Sarı formanı axırıncı dəfə DÇ-2014-ün yarımfinalında Almaniyayla oyunda geyinən Fred üçüncülük uğrunda oynanılan qarşılaşmada yer almamışdı.
Cari mundialda 6 qarşılaşmada forma geyən Fred 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
2005-ci ildən aralıqlarla milliyə dəvət alan hücumçu bunadək 39 oyunda meydana çıxmışdı.