Ölkə futbolu
Öncə Böyükağa Hacıyev, sonra Rodolfo Manoli
Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçiv…
Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Neftçi” – “Koper” (Sloveniya) matçından bir gün öncə, 16.07.2014-cü il tarixdə "Bakcell Arena"da hər iki komandanın baş məşqçisinin mətbuat konfransı və mətbuat nümayəndələri üçün komandaların açıq məşqi keçiriləcək. Futbolinfo.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, mətbuat konfranslarının və açıq məşqlərin proqramı aşağıdakı kimidi:
18:30. “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyevin mətbuat konfransı
19:00. “Neftçi”nin açıq məşqi
19:30. “Koper”in baş məşqçisi Rodolfo Vanolinin mətbuat konfransı
20:00. “Koper”in açıq məşqi