Dünya futbolu
Rodriqes “Real”a keçməyə razıdı
DÇ-2014-də ulduzunu parladan kolumbiyalı futbolçu Xame…
DÇ-2014-də ulduzunu parladan kolumbiyalı futbolçu Xames Rodriqes Madrid "Real"ınan onunla maraqlanmasına münasibət bildirib. Futbolinfo.az xəbər verir ki, o, İspaniya nəhənginə gözüyumulu da keçməyə hazır olduğunu deyib:
“Mən bütün komandalara hörmət edirəm, amma "Real" başqadı. Orada oynamaq bütün həyatım boyunca xəyalım olub. Mən bu komandanı Ronaldo və Zidanın vaxtından sevirəm. Ronaldo, Benzema və Beyllə birlikdə oynamaq əsl xəyaldı".
Yeri gəlmişkən, "Monako" rəhbərliyi də Rodriqesin transfer qiymətini aşağı salıb. Dmitri Rıbolovlevin komandası ilkin olaraq Rodriqesə115 milyon avro qiymət aoysa da, bunu ödəyəcək klub olmadığını görən "qırmızı-ağlar" futbolçunun dəyərini 85 milyon avroya qədər endirib.
Qeyd edək ki, “Real” Xames üçün 75 milyon avro ödəməyə hazırdı.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Müsahibə2024-04-10 11:44
Subaşiç “Neftçi” və “Qəbələ”yə görə məyusdur: “Rəhbərlik heyət və məşqçi ilə bağlı qərar verməlidir”
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…