Ölkə futbolu
"Sumqayıt"ı "Qəbələ"yə dəyişdi
"Sumqayıt"ın baş məşqçisi komandadan ayrılıb. …
"Sumqayıt"ın baş məşqçisi komandadan ayrılıb. Futbolinfo.az xəbər verir ki, söhbət əvəzedici komandanın çalışdırıcısı Mehman Yunusovdan gedir.
Vaqif Paşayevin istefaya göndərilməsindən sonra "Sumqayıt"ın əvəzediciləri ilə bir illik müqavilə imzalayan Yunusov gözlənilmədən komandanı tərk edib. Artıq onun komandadan ayrılmasının səbəbi də bəllidi. Əldə etdiyimiz məlumata görə, Yunusov bundan sonra "Qəbələ" futbol akademiyasında çalışacaq. Onun hansı vəzifədə çalışacağı isə hələlik, bəlli deyil. "Qəbələ"nin yaxın günlərdə bu məlumatı təsdiqləməsi gözlənilir.
"Sumqayıt"ın əvəzedicilərinin yeni baş məşqçisinin kim olacağı da hələlik, bəlli deyil. Yaxın bir həftə ərzində bu məsələ də həllini tapmalıdı.
Maraq üçün xatırladaq ki, Yunusov "Sumqayıt"ın əvəzedicilərinə ötən ay baş məşqçi təyin olunmuşdu. Klub veteran futbolçu ilə 1 illik müqavilə imzalamışdı. Ona qədər isə Yunusov əsas komandada baş məşqçi Aqil Məmmədovun köməkçisi idi.