Dünya futbolu
Konfederasiyalar Kuboku: 2 iştirakçı məlumdu
DÇ-2014-də Almaniyanın qalib olması artıq 2017-ci ildə ke&…
DÇ-2014-də Almaniyanın qalib olması artıq 2017-ci ildə keçiriləcək Konfederasiyalar Kubokunda 8 iştirakçıdan ikisinin adına aydınlıq gətirib. Futbolinfo.az xəbər verir ki, hər mundialdan bir il öncə hazırlıq məqsədi ilə təşkil olunan Konfederasiyalar Kubokunda DÇ-2018-ə ev sahibliyi edəcək Rusiya ilə yanaşı, son DÇ-nin qalibi Almaniya da qüvvəsini sınayacaq.
Turnirin digər 6 iştirakçısı daha sonra müəyyənləşəcək. Bunlar Asiya, Cənubi Amerika, Okeaniya, Afrika, Şimali və Mərkəzi Amerika, eləcə də Avropa çempionatlarının qalibləri olacaq.