Ölkə futbolu
"Simurq" vətənə qayıtdı
2014/15-ci il mövsümünün hazırlığı ü&cced…
2014/15-ci il mövsümünün hazırlığı üçün iyunun 27-də Sloveniyada təlim-məşq toplanışına start verən "Simurq" artıq ölkəyə qayıdıb. Futbolinfo.az xəbər verir ki, iyulun 12-də məskunlaşdığı "Natura" otelinin meydançasında Xorvatiyanın "Lokomotiva" klubu ilə üçüncü yoldaşlıq görüşünü keçirən Zaqatala təmsilçisi bu qarşılaşmadan da bərabərliklə ayrılıb.
3:3 hesablı heç-heçə ilə başa çatan oyunda "sarı-qaraların" qollarını Lukas Tresnak, Stepan Polyak və Məhərrəm Hüseynov vurub. Dünən axşam saatlarında ölkəyə qayıdan "Simurq" 3 günlük istirahətdən sonra təlim-məşq toplanışının ikinci mərhələsinə başlamaq üçün iyulun 17-də Avstriyaya yola düşəcək.
Komanda burada "Das Seyvald" otelində məskunlaşacaq. "Simurq" avqustun 2-də hazırlığı başa vurub vətənə dönəcək. (klub saytı)